Ölkə

Xırdalanda maşın transformatora çırpıldı - ANBAAN VİDEO

9 Yanvar 2023 13:49
Baxış: 2 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xırdalanda avtomobil transformatora çırpılıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində ciddi xəsarət olmayıb.

"Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu faktı Oxu.Az-a təsdiq edib.

O bildirib ki, sözügedən qəza ilə bağlı əraziyə dərhal qəza xidmətinin əməkdaşları cəlb edilib:

"Qarlı hava şəraiti ilə bağlı bu kimi hallar ola bilir. Nəqliyyat vasitəsi idarəetməni itirərək transformatora çırpılıb. Dərhal əraziyə yeni transformator quraşdırılıb. Problem aradan qaldırılıb".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.