Ölkə

Şəmkirdə yol qəzası - Ölən və yaralananlar var

3 Yanvar 2023 11:11
Baxış: 1 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, yanvarın 2-si saat 3 radələrində şəhər sakini S.Pənahov idarə etdiyi "Hyundai" markalı avtomobili dirəyə vurub.

Nəticədə S.Pənahovun sərnişini həmyerlisi Məhərrəm Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişini T.Məmmədli xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.