Ölkə

Daşkəsəndə qanunsuz ov edən şəxs saxlanılıb

23 Dekabr 2022 14:49
Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daşkəsəndə qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində rayonun Xoşbulaq kənd sakini Elşad Allahverdiyevin, özünəməxsus, müvafiq icazə sənədləri olan "TOZ" markalı tüfənglə Daşkəsən rayon Təzəkənd kənd ərazisində qanunsuz olaraq çöl qabanı ovlaması müəyyən edilib.

E.Allahverdiyev qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və bir ədəd ov tüfəngi, patronlar eləcə də çöl qabanı maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.