Ölkə

DYP postunun əməkdaşı faciəvi şəkildə öldü - FOTO

12 Dekabr 2022 12:49
Baxış: 2 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün saat 19 radələrində Bakı-Qazax magistralının Hacıqabulun Pirsaat kəndindən keçən hissəsində "VAZ 21 015" markalı avtomobil arxadan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğlu aldığı xəsarətlərdən vəfat edib, sürücü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Vəfat edən A.Abuzərli Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Nəvahi postunun mülki əməkdaşı olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.