"Qardaş yumruğu" təliminin şəxsi heyəti təltif olundu - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə şəxsi heyət təltif olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandırıblar.
Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyət qarşısında çıxış ediblər.
Cənab H.Akar çıxış edərək Baş Qərargah rəisi və digər qoşun növləri komandanları ilə birgə təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etməkdən məmnunluğunu bildirib. Türkiyənin milli müdafiə naziri qeyd edib ki, dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir.
Türkiyənin hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazır olduğunu xüsusi bildirən Hulusi Akar vurğulayıb ki, dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük.
General-polkovnik Z.Həsənov çıxış edərək qardaş Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Müdafiə naziri vurğulayıb ki, təlimlərdə bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər. 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət - iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə - Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə - Azərbaycan qardaşlığı!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sudan xüsusi istifadə ödənişləri bu ilin sentyabrın 1-dən tətbiq ediləcək
-
Fərhad Mehdiyev qızının ölümündən yazdı: "Əsas səbəbkar yolun solunda dayanan maşın idi'
-
Fərhad Mehdiyevin qəzada həlak olan qızının hadisə yerindən GÖRÜNTÜLƏRİ - YENİLƏNİB
-
Bloqer Nərminin bacısı ölümü ilə 6 nəfərə həyat verdi - FOTO
-
Fərhad Mehdiyevin qəzada həlak olan 17 yaşlı qızının FOTOsu
-
Əməkdar artist: "Ərimin üzünü nişanlanandan 4 ay sonra gördüm"
XƏBƏR LENTİ
-
Sudan xüsusi istifadə ödənişləri bu ilin sentyabrın 1-dən tətbiq ediləcək
-
Fərhad Mehdiyev qızının ölümündən yazdı: "Əsas səbəbkar yolun solunda dayanan maşın idi'
-
Fərhad Mehdiyevin qəzada həlak olan qızının hadisə yerindən GÖRÜNTÜLƏRİ - YENİLƏNİB
-
Bloqer Nərminin bacısı ölümü ilə 6 nəfərə həyat verdi - FOTO
-
Fərhad Mehdiyevin qəzada həlak olan 17 yaşlı qızının FOTOsu
-
AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı
-
Əməkdar artist: "Ərimin üzünü nişanlanandan 4 ay sonra gördüm"
-
Cəbrayılın Şükürbəyli kəndinə daha 196 sakin köçürüldü
-
Azərbaycan nefti kəskin ucuzlaşdı: "Azeri Light" 86 dollara düşdü
-
Jurnalistlərin etik davranış qaydaları dəyişir
-
DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı - VİDEO
-
Sürücülərin çoxu bilmir: Motosikletin sükanına sarı əski bağlanıbsa, diqqətli olun
-
Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir
-
Meyxanaçı Rüfət: "Meyxanaçı kimdən səviyyəsizdir?"
-
Xərc yox, gəlir yüksək: Təqaüdçü müəllimin hobbisi qazanca çevrildi - FOTO
-
"Həyat yoldaşım çox danışmağa qoymur"
-
Paltar etiketindəki bu işarəyə baxmadan maşını işə salmayın — Mütəxəssislərdən xəbərdarlıq
-
Pomidor yeyərkən iki dəfə düşünün
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Anasından Ramal İsrafilova bahalı hədiyyə - FOTO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?





