Alimpaşa Məmmədovun həbs olunandan sonra ilk görüntüləri - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:50
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihamda göstərilib ki, Alimpaşa Məmmədov rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində birbaşa özü üçün şəxsən və vasitəçidən istifadə edərək pul vəsaitlərini və əmlak qismində maddi əşyaları istəyərək qəbul etməklə təkrar külli miqdarda rüşvət alıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurub.
Alimpaşa Məmmədov Şəmkir şəhər bələdiyyəsi tərəfindən təsis edilmiş Şəmkir şəhərində yerləşən 1 milyon 335 min manat dəyərində "Natural" su və cem istehsalı zavodu olan "Abad Şəmkir" MMC-nin şəhər bələdiyyəsinə məxsus bütün paylarının 2018-ci ildə oğlu Adil Məmmədova, 2020-ci ildə isə Fərid İslamzadəyə cəmi 180 manata satılmasını təmin edib.
Həmçinin Alimpaşa Məmmədov dəyəri 3 milyon 344 min manat olan "Çinarlı qəsəbə" MMC-nin Şəmkir rayonu, Çinarlı bələdiyyəsinə məxsus bütün paylarını təsisçiləri-oğlu Adil Məmmədov, köməkçisi Mahir Əliyev və Orxan Məmmədli olan "Şəmkir səbəti" MMC-yə cəmi 40 manata satılmasını təmin edib.
Bundan başqa, o, vəzifəli şəxs kimi rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədərək külli miqdarda özgə əmlakını təkrar mənimsəmə və israfetmə yolu ilə talayıb, qulluq mənafeyindən istifadə etməklə cinayət yolu ilə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitlərini təkrar leqallaşdırıb.
İttihamda qeyd olunub ki, Alimpaşa Məmmədov rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə müxtəlif şəxslərdən rüşvət qismində aldığı pulların böyük qismini köməkçisi Mahir Əliyevin, digər qismini isə birinci müavini və şəhər memarlıq şöbəsinin rəisi vasitəsilə öz xidməti otağında alıb.
O, əldə etdiyi pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pulu oğlu Adil Məmmədovun adına təsis olunmuş "Az Farel" MMC-nin tikinti xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini təkrar leqallaşdırıb.
Qeyd olunan əməllərə görə Alimpaşa Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
Prosesdə ittihama münasibət bildirən A. Məmmədov özünü təqsirli bilib.
Proses dekabrın 8-də davam etdiriləcək.
-------
16:36
Həbsdə olan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir.
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində onun cinayət işi üzrə baxış iclası keçirilib.
Milli.Az qafqazinfo-ya istinadən sabiq icra başçısının həbs olunduqdan sonra ilk görüntülərini təqdim edir:
Qeyd edək ki, Alimpaşa Məmmədov vaxtilə oliqarx məmurlardan hesab olunub. Ötən ilin aprelində DTX tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham olunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Əməliyyat, dolğu və qaynaq etdirən xanımlar “yamaqlı gözəllər”dir" - (Video)
-
“Hamısı qan qusacaq” – Arzumun atası
-
Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi
-
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda bu dövlət qurumları ləğv olundu
-
İmtahanda başqasını əvəz etməyə çalışan şəxs ifşa olundu
XƏBƏR LENTİ
-
Türkiyədə genişmiqyaslı əməliyyat: 307 nəfər saxlanıldı
-
"Əməliyyat, dolğu və qaynaq etdirən xanımlar “yamaqlı gözəllər”dir" - (Video)
-
“Hamısı qan qusacaq” – Arzumun atası
-
Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi
-
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda bu dövlət qurumları ləğv olundu
-
İmtahanda başqasını əvəz etməyə çalışan şəxs ifşa olundu
-
Bu Çin maşını kəskin ucuzlaşdı
-
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
-
Maştağada “Mercedes” mağazaya çırpıldı - (Foto)
-
Sabah çimərliklərdə gözlənilən hava açıqlandı
-
Harri Keyn Peleni geridə qoydu
-
Fədayə Laçının rus dilində danışığı gündəm oldu - (Video)
-
Deniz Göktaş saxlanıldı
-
443 metr yüksəkdə evlilik təklifi - Saxlanıldılar - (Foto)
-
Gülnarə Xəlilovanın yeni kolleksiyası "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi çərçivəsində təqdim olunub - (Foto)
-
Valensiya milli ilə vidalaşdı
-
""Vağzalı" vida musiqisidir, restoranda nə işi var?"
-
Acundan "Fənərbağça"ya "tərs köşə" - Sarı lacivərdlilərin ulduzunu alır
-
İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - (Foto)
-
Kseniya Sobçak: "Oğluma rayonlu qızı almaram"
-
Alen Simonyan deputat mandatından imtina etdi
-
Naranın qarğışı tutdu: İkardi sevgilisindən ayrıldı
-
Bağçalara elektron qəbula başlanılır





