Ölkə

Bakıda saxta spirtli içkilər hazırlayan sex aşkarlanıb - VİDEO

18 Noyabr 2022 14:08
Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nərimanov rayonunda yaşadığı evdə gizli sex yaradaraq saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Xəbərə görə, daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Nərimanov rayonunda yaşayan Samir Qurbanov tutulub. Onun evində yaratdığı gizli sexə baxış zamanı kustar üsulla hazırladığı xeyli sayda araq, tekila, həmçinin müxtəlif adlar altında qablaşdırılmış saxta spirtli içkilər, qapaqlar, texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsızdır.

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan matetriallar Nərimanov Rayon Polis İdarəsinə göndəərilib, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.