Ölkə

“Tarqovı”da azyaşlılara gül satdıran şəxs həbs edildi

12 Noyabr 2022 17:16
Baxış: 2 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının "Tarqovı" kimi tanınan Nizami küçəsində azyaşlı uşaqlara gül satdıran şəxs saxlanılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı İ.Əliyevin (şərti) həm özünün, həm də bir neçə azyaşlı uşağa gül satdırdığı aşkar olunub. Belə ki, həmin azyaşlılardan biri bilinməyən şəraitdə özünə xəsarət yetirib. Bu əsnada polis əməkdaşları uşağın kim tərəfindən istismar olunduğunu axtarmağa başlayıblar.

Məlum olub ki, İ.Əliyev özü də küçədə gül satışı ilə məşğuldur. O, yetkinlik yaşına çatmayanlara gül satdırdığı üçün bölməyə gətirilib. Burada ona qeyri-qanuni fəaliyyətlə məşğul olduğu və azyaşlıların əməyini istismar etdiyi bildirilib.

İttihama görə, həmin şəxs bölmədə polislərə qarşı tabesizlik göstərərək nalayiq ifadələr işlədib. Səbail polisi tərəfindən İ.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 30 gün müddətinə həbs olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.