Ölkə

Tanınmış professor vəfat etdi

18 Oktyabr 2022 14:18
Baxış: 1 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan tibb ictimaiyyətinə ağır itki üz verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının rəhbəri, tibb elmləri doktoru, professor Oqtay Seyidbəyov 82 yaşında vəfat edib.

Qeyd edək ki, O. Seyidbəyov Bakıda anadan olub. O, 300-dən çox elmi iş, dərs vəsaitləri, metodik tösviyələrin müəllifidir. Onun məqalələri həm Azərbaycanda, həm də respublikamızın hüdudlarından kənarda çap olunub. Alim Azərbaycanın tibb elminə böyük töhfələr verib.

O. Seyidbəyov 1991-ci ildən ömrünün son günlərinə kimi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasına rəhbərlik edib.

Professorun Azərbaycanda tibbin inkişafı sahəsində xidmətləri dövlət tərəfindən qiymətləndirilib. 1987-ci ildə ona "Əməkdar həkim", 2000-ci ildə isə "Əməkdar elm xadimi" fəxri adları verilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.