Ölkə

Bakıda həkim özünü öldürdü - FOTO

17 Oktyabr 2022 14:54
Baxış: 6 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda intihar hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, 1989-cu il təvəllüdlü Rüstəm Maqsudov Binə qəsəbəsində kirayə yaşadığı mənzildə qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirib. Çoxlu qan itirən 33 yaşlı şəxs vəfat edib.

Araşdırmalar zamanı məlum olub ki, həyatına son qoyan R.Maqsudov həkim-onkoloqdur. O, Tibb Universitetini bitirdikdən sonra 5 il (2015-2020-ci illər) Milli Onkologiya Mərkəzində rezident kimi fəaliyyət göstərib. Daha sonra R.Maqsudov ixtisaslaşmış xəstəxanada həkim kimi işini davam etdirib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.