Ölkə

SON DƏQİQƏ! Ruslar Azərbaycana axışır - Səfərbərlik PANİKASI

22 Sentyabr 2022 11:16
Baxış: 8 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin səhər saatlarında qismən səfərbərlik elan etməsindən sonra ölkədə panika hökm sürür.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, bu bəyanatdan sonra ehtiyatda olan hərbçi statusuna malik minlərlə insan hərbi xidmətə çağrılmamaq üçün ölkəni tərk etməyə tələsir.

Artıq Rusiyadan Azərbaycan, Türkiyə və Ermənistana çarter reyslərinə bütün biletlər satılıb. Bundan əlavə, təktərəfli təyyarə biletlərinin qiyməti 5 min manatadək (173,000 rubl - €2,870) yüksəlib.

Rusiyadan Bakı, İstanbul və İrəvana getmək istəyənlər ən tez gələn həftənin cümə gününə təyyarə biletləri ala bilərlər.

Rusiyanın aviasiya şirkətləri hazırkı vəziyyətlə bağlı hələ açıqlama verməyib.

"Aviatorism" teleqram kanalının şirkətlərə istinadən verdiyi məlumata görə, Rusiyanın "Aeroflot" və "S7" aviadaşıyıcıları insanların ölkədən çıxışını əngəlləmək üçün biletlərinin satışına heç bir məhdudiyyət qoymayıblar.

Bundan əlavə, Putin açıqlama verərkən səfərbərliyin təfərrüatlarını öyrənmək istəyənlər Kreml və Rusiya Müdafiə Nazirliyinin internet saytlarına daxil olmaq istəyərkən portallar yüklənərək çöküb.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu qərar çərçivəsində 300 min nəfərin orduya çağırılacağını bildirib. Rusiyalı nazir tələbələrin silah altına atılmayacağını vurğulayıb.

"Bizim böyük səfərbərlik resursumuz var. Orduda xidmət edib, müharibə təcrübəsi olanların sayı az qala 25 milyona çatır. Qismən səfərbərlik zamanı Rusiya ordusuna 300 min ehtiyat əsgər çağırılacaq. Bunlar birinci növbədə hərbi xidməti keçmiş, hərbi təcrübəsi olan şəxslərdir. Səfərbərlik yolu ilə hərbi xidmətə çağırılanlar cəbhəyə göndərilməyəcək. Hazırda əməliyyat bölgələrinə yalnız hərbi xidmətini davam etdirənlər göndərilir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.