Bu məktəbin direktoru müəllimlərdən təmir adı ilə pul tələb edir - Araşdırma aparılır - AUDİO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıtda orta məktəbin direktoru müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Sumqayıt şəhər 32 saylı orta məktəbdə baş verib. Orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib.
Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib. Direktor səs yazısında həmçinin müəllimləri əmək haqlarından da pul tutulacağı ilə də hədələyib.
Səs yazısında bildirilir ki, guya müəllimlərin hər birindən tələb olunan 50 manat məktəbin təmirinə xərclənəcək.
"Hörmətli müəllimlər, sabah hamı bir nəfər kimi işdə olur və təcili məktəbin uçuq-sökük yerlərini 4-5 gün ərzində təmir etməliyik. Ona görə sabah hamı bir nəfər kimi 50 manat gətirir. Şüşələr sınıqdı, salınacaq, dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək. Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək. Əgər çatsa. Ona görə hamı bir nəfər kimi sabah 50 manat pul gətirir.
15 gündə kim hansı gün məktəbə gəlməyibsə, həmin günü yazılmayacaq, o da başqa cür hesablanacaq. 3 gün kim işə gəlmədiniz, hamının gününü yazdıq, aldınız, xərclədiniz, halal olsun. İndi də məktəbi düzəltməliyik. Yəni o gəlmədiyiniz günlərə görə də maaşınızdan əlavə məbləğ çıxılacaq",- səs yazısında bildirilir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veiləcək.
Məsələyə Baş Prokurorluq da reaksiya verib. Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
XƏBƏR LENTİ
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)





