Ölkə

Bakının mərkəzində avtoxuliqanlıq edib paylaşdı, cəzalandırıldı - VİDEO

16 Sentyabr 2022 13:35
Baxış: 2 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının mərkəzində avtoxuliqanlıq edərək video paylaşan şəxs məsuliyyətə cəlb edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya bildirib ki, sentyabrın 15-də paytaxtın Füzuli, Şəmsi Bədəlbəyli və digər küçələrində avtoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan "Mercedes" markalı 90 VS 077 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən edilib.

Sürücü Şirinov Rəşad Eldəniz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (Avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 500 manat cərimə edilib.

Qeyd edək ki, avtoxuliqanlıq edən şəxs sosial şəbəkədə canlı yayım açaraq etdiyi hərəkətləri nümayiş etdirib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.