Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatı bərpa edilir - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tədbirlər davam etdirilir.
Milli.Az bildirir ki, ilkin olaraq şəhərin mövcud su mənbəyi, su anbarları, magistral və şəbəkə su xətlərinin istismar vəziyyəti təftiş edilib. Məlum olub ki, şəhərin əsas içməli su mənbəyi olan subartezian quyuları tamamilə istismara yararsız vəziyyətə salınıb. Quyu zonasında suqəbuledici qurğu, nasos stansiyası, elektrik təchizatı sistemləri məqsədli şəkildə sıradan çıxarılıb, nasoslar sökülərək aparılıb. Subartezian quyuların bərpası qısa müddətdə mümkün olmadığından alternativ mənbə olaraq bulaqlardan şəhərə suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin qəzalı hissələri təmir olunub, suyun optimal paylanması və tənzimlənməsi məqsədilə magistral kəmər üzərində siyirtmələr və havaburaxıcı quraşdırılıb. Şəhər şəbəkəsi də istismara yararsız olduğundan müvəqqəti olaraq yerüstü şəbəkənin yaradılmasına qərar verilib. Bu məqsədlə müxtəlif diametrli polietilen borularla 3 km-dən artıq xətt çəkilib, mövcud magistraldan yeni şəbəkəyə birləşmələr verilib və ehtiyac olan tikililərə içməli suyun verilməsi təmin edilib. Eyni zamanda, şəhərdə sudoldurucu qüllə quraşdırılıb, xidmət göstərilməsi üçün əraziyə 3 ədəd sudaşıyan maşın cəlb olunub.
Bunlarla yanaşı, Laçın şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə layihələndirmə işlərinə başlanılıb. Mütəxəssislər tərəfindən subartezian sahəsinə, anbarlara, nassos stansiyalarına baxış keçirilib, vəziyyət yerində qiymətləndirilib. Qərara alınıb ki, yararsız hala salınmış subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular bərpa edilsin, anbarlar yuyulub təmizlənərək istismara qaytarılsın.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
XƏBƏR LENTİ
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?





