Ölkə

Uşaqlara işgəncə verilən loqopedik mərkəzin direktoru da saxlanıldı

4 Sentyabr 2022 18:51
Baxış: 2 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mehnur" loqopedik reabilitasiya mərkəzinin direktoru saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, direktor Nuranə Hacızadə artıq Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.

Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov və müavini Elçin Şirinov direktora və mərkəzin daha iki əməkdaşına baş çəkib.

Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.