Ölkə

Azərbaycan hərbi dənizçiləri futbol yarışının qalibi olublar - FOTO

21 Avqust 2022 17:17
0 Şərh     Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkəmizdə təşkil olunan "Dəniz kuboku-2022" beynəlxalq müsabiqəsinin proqramına əsasən iştirakçı komandalar arasında futbol yarışı keçirilib. 

Yarışın birinci mərhələsində İran hərbi dənizçiləri Rusiya komandasına qalib gəlib.  Növbəti oyun Azərbaycan ilə Qazaxıstan komandaları arasında baş tutub və hərbçilərimiz rəqibdən üstün olmağı bacarıb.

Rusiya və Qazaxıstan komandaları arasında üçüncü yer uğrunda mübarizədə oyun sonuncuların üstünlüyü ilə başa çatıb. 

Final oyunu Azərbaycan və İran hərbi gəmi ekipajları arasında baş tutub. Azərbaycan hərbi dənizçilərinin komandası gərgin keçən qarşılaşmada qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Beləliklə futbol üzrə yarışın nəticələrinə əsasən Azərbaycan hərbi dənizçilərinin komandası birinci, İran ikinci, Qazaxıstan isə üçüncü olub.

Sonda yarışda fərqlənən komandalara kubok, medal və fəxri fərmanlar təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.