Ölkə

Cəlilabadda bazarda yanğın - VİDEO

21 Avqust 2022 17:38
0 Şərh     Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:38

Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Milli.Az FHN-ə istinadən xəbər verir.

----------

17:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub.

Milli.Az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

İlkin məlumata görə, yanğın nəticəsində 20-yə yaxın mağazaya ziyan dəyib.

Ümumilikdə hadisə yerinə Cəlilabaddan 4, Masallıdan 2, Biləsuvardan 1 və Salyandan 1 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda hadisənin səbəbləri və dəyən ziyanın məbləği araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.