Ölkə

Valideynlərə ŞAD XƏBƏR: Bakıda ucuz məktəbli yarmarkaları açıldı - QİYMƏTLƏR - VİDEO

22 Avqust 2022 00:31
0 Şərh     Baxış: 1 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Valideynlər üçün əsas məsələlərdən biri övladlarına məktəbli ləvazimatları almaqdır. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə uyğun olaraq paytaxtda bəzi metrostansiyaların yaxınlığında məktəbli yarmarkaları qurulur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb.

Yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb. Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.

Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.