Bakıda müştəridən taksi sürücüsünə şok narkotik iddiası: “Özündə deyildi, dedi ki, “uçuram” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda çantasını taksi sürücüsü ilə başqa ünvana apartdıran müştəri problem yaşayıb.
Bununla bağlı Oxu.az-a müraciət edən müştəri "Bolt" sürücüsündən şikayətçidir:
"Bir saatdan çox vaxt keçdi, ancaq çanta ünvana çatdırılmadı. Sürücüyə zəng vurdum, cavab vermədi. Narahat olub, proqramdan harada olduğuna baxdım və gördüm ki, maşını dairəvi yolda saxlayıb. Başqa bir taksi sifariş edərək həmin yerə getdim. Görürəm ki, adam "hallanıb", özündə deyil, yanında da şpris var. Nə etdiyini soruşdum, mənə: "Gedirəm də, yoldayam, uçuram", - cavabını verdi".
Məsələ ilə bağlı Oxu.az-ın "Bolt"a ünvanladığı sorğunu şirkətin Azərbaycandakı mətbuat xidmətinin rəhbəri Viktoriya Prilutska cavablandırıb. Qurum rəsmisi sürücülərin "Bolt" tərəfindən işə götürülmədiyini diqqətə çatdırıb:
"Onlar öz xidmətlərini göstərmək üçün platformamızdan istifadə edən müstəqil tərəfdaşlardır. Lakin insanların təhlükəsizliyi "Bolt"un əsas prioritetidir. Xidmətin keyfiyyətini və təhlükəsizliyini artırmaq üçün "Bolt" istifadəçilərinə aplikasiya vasitəsilə müştəri dəstəyimizə müraciət etməyi tövsiyə edirik".
Viktoriya Prilutska sözügedən sürücüylə bağlı məsələnin araşdırılacağını vurğulayıb:
"Bildirdiyiniz vəziyyətlə bağlı çox narahatıq və mütləq şəkildə araşdıracağıq. Yol hərəkəti qaydaları bütün sürücülər, velosiped istifadəçiləri və piyadalar üçün keçərlidir. Sözsüz ki, "Bolt" sürücüləri onlara əməl etməlidirlər. Sərxoş vəziyyətdə və ya maddə qəbul edərək avtomobil idarə etmək həm sürücü, həm də digər insanlar üçün təhlükəlidir. "Bolt", sürücülərinin bu cür davranışını qətiyyən qəbul etmir.
Avtomobillərin vəziyyəti, sürücülərin davranışı və ya onların idarəetmə tərzi ilə bağlı şikayətlər olduqda şirkət məsələni dərhal araşdırır. Əgər problem təsdiqini tapırsa, sürücünün "Bolt" platformasından istifadəsi bloklanır. Bu məsələdə də eyni addım atılacaq. Qaydalar və şərtlər veb-saytda bütün partnyor sürücülər üçün mövcuddur. Platforma ilə əməkdaşlığa başlayarkən sürücülər qaydalara və şərtlərə əməl edəcəklərini rəsmi şəkildə bildirirlər".
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev isə şikayətçinin əlində faktlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə biləcəyini qeyd edib:
"Şəxs taksi xidməti göstərən şirkətə etibar edib onun xidmətindən istifadə edirsə və həmin vaxt hüquqları pozulursa, bu halda məsuliyyəti həmin taksi şirkəti daşıyır, ondan şikayətçi ola bilər. Əslində, vətəndaş belə halla üzləşəndə dərhal "102"yə zəng etməlidir. Əgər sürücünün narkotik maddə istifadə etdiyindən şübhələnmişdisə, DİN-in "Çağrı Mərkəzi"nə, eləcə də ərazidəki Dövlət Yol Polisi əməkdaşlarına müraciət edərək məlumat verməliydi. Belə olsa, hadisəyə yerində baxıla bilərdi. Ancaq üstündən bir neçə gün keçibsə, biz narkotik ittihamı ilə həmin şəxs barədə birbaşa ölçü götürə bilmərik. Bu, qarşı tərəfin hüquqlarının pozulması olar. Ortada fakt olmalıdır. İndiki halda iddialar şikayətçinin subyektiv fikirləridir. Əgər əlində faktlar varsa, buyurub pozulmuş hüquqlarının bərpası üçün ərazi üzrə polis orqanlarına müraciət edə bilər".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)
-
IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
XƏBƏR LENTİ
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)





