Ölkə

Ağalı məktəbinə vakansiya seçiminə start verilir

17 Avqust 2022 15:10
0 Şərh     Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir.

Elm və Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq lazımdır.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScDMu4wn22kq0nf8EDTaZPfE26TkxWEv76ACvHaF1VskG0qUg/viewform?usp=pp_url

Vakansiya seçimi üçün son müraciət tarixi 19 avqust saat 18:00 müəyyən olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.