Ölkə

Aparıcı ayağını çölə çıxaran sərnişindən yazdı - VİDEO

13 Avqust 2022 09:22
0 Şərh     Baxış: 1 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Teleaparıcı Fərid Rəsul Salyan istiqamətində hərəkətdə olarkən yolda rastlaşdığı hadisəni lentə alıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib.

Aparıcının paylaşdığı görüntülərdə hərəkətdə olan digər avtomobilin ön oturacağında əyləşən sərnişinin ayağını çölə çıxarması əks olunub.

"Havanın temperaturu 37 dərəcədir və dəhşət isti var. Arxada maraqlı bir şey görürəm. İstidəndir, nədəndir, bilmirəm, qardaşımız ayağını pəncərədən çıxarıb belə gedir", - deyə Fərid Rəsul videoda bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda Murad Əşrəfov adlı sürücü ayağını çölə çıxararaq avtomobili idarə etmişdi. Nəticədə Yasamal Rayon Məhkəməsinin qərarına əsasən o, 10 sutka inzibati qaydada həbs edilmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.