Ölkə

Nömrənin üstünü örtən sürücülər saxlanıldı - FOTO

8 Avqust 2022 12:30
0 Şərh     Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan sürücülər saxlanılıb.

Milli.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, "KamAZ" markalı, 11-BX-118 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanov Səxavət Səfər oğlu və eyni markalı 11-BX 919  dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanlı Mirdamət Səfər oğlu saxlanılıblar.

Onların idarə etdikləri yük avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlədərək yükdaşıma qaydasını pozduqlarına görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücülərin qeyd olunan nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olmadığı da müəyyən edilib.

Sürücülər barəsində müvafiq sənədləşmə aparılaraq tədbirlər görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.