Ölkə

İstirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

20 İyul 2022 14:07
0 Şərh     Baxış: 2 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14:07

Prokurorluq Nabranda istirahət mərkəzində 11 nəfərin zəhərlənməsi ilə bağlı açıqlama verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir:

"Vəziyyətləri normal qiymətləndirilir.

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".

---------

13:00

Xaçmazda istirahət mərkəzində 10 nəfər zəhərlənib.

Milli.Az Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 10 nəfərin vəziyyəti pisləşib.

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:

"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".

İlkin ehtimala görə onlar qidadan zəhərlənib.

Fakt araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.