Ölkə

Lənkəranda döyülən 15 yaşlı qız sığınacağa YERLƏŞDİRİLƏCƏK

20 İyul 2022 10:15
0 Şərh     Baxış: 2 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda icra başçısının keçmiş müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalmış 15 yaşlı yeniyetmə bu həftənin sonundan etibarən reablitasiya məqsədilə Azərbaycan Uşaqlar Birliyinə yerləşdiriləcək. 

Milli.Az bildirir ki, bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə məktəbliyə psixoloji dəstək göstəriləcək.

Eyni zamanda Çevik Ekspert Qrupu"nun nümayəndələri tərəfindən ailəyə hüquqi yardımlar ediləcək və vəkillə təmin olunacaqlar.

Xatərladaq ki, iyulun 14-də Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi həmin rayonun icra başçısının müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalıb. Hadisə yerində 4 saylı məktəbin direktoru Yeganə Əsgərova da olub. 

Döyülmə faktı ilə bağlı Lənkəran şəhər prokurorluğunda cinayət işi açılıb. Sözügedən şəxslər vəzifələrindən uzaqlaşdırılıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.