Ölkə

“EuroHome”da mağaza sahibini qətlə yetirən qardaşlar tutuldu

19 İyul 2022 10:07
1 Şərh     Baxış: 2 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Sumqayıt şosesində yerləşən "EuroHome" ticarət mərkəzində kombi satışı ilə məşğul olan dükan sahibini qətlə yetirən şəxslər tutulub.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlunu qətlə yetirməkdə şübhəli bilinən Vüsal və Rafayıl Yusibov qardaşları tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmiddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.