Ölkə

Göyçayda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb

10 İyul 2022 09:30
0 Şərh     Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Alıkənd kənd sakini, 2012-ci il təvəllüdlü oğlan axşam saatlarında velosipedlə yolu keçərkən Ziyatay Məmmədlinin idarə etdiyi "Toyota Prado" markalı minik avtomobilinin qarşısına çıxıb.

Sürücü idarəetməni itirərək velosipedçi uşağı vurub. Ağır bədən xəsarətləri alan 10 yaşlı uşaq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.