“100 minin baş prokurora çatdığını dedim” - Bakıda vəzifəli şəxsə qarşı fırıldaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda 2 nəfərdən külli miqdarda pul alan 1985-ci il təvəllüdlü Fuad Bayramova 7 il həbs cəzası verilib. Özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən Fuad Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Fuad özünü DTX-nin əməkdaşı kimi tanıtdığı Ş.Allahverdiyevə onun oğlu F.Allahverdiyevi DTX-də işə düzəldəcəyini söz verərək ondan 20 min manat alıb. Lakin Fuad Babayev verdiyi vədə əməl etməyib.
Digər epizodda isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov barəsindəki cinayət işinin nəticəsinin onun xeyrinə həll edilməsi ilə bağlı DTX əməkdaşı kimi tanıdığı Fuada müraciət edib. Fuad Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilən işin müsbət həll ediləcəyini bildirərək 150 min manat tələb edib. O, həmin şəxsi inandırmaq üçün Baş prokurorla danışılaraq məsələnin müsbət həll ediləcəyini deyib.
Məhkəmədə Fuad Bayramovun müdafiəçisi ilə birgə ibtidai istintaqa verdiyi ifadəsi elan edilib: "Y.Hüseynovla görüş zamanı ona cinayət işində köməklik göstərilməsi üçün Baş Prokurorluğun rəhbərliyinin ilkin olaraq 150.000 manat məbləğində pul vəsaiti tələb etdiyini, daha sonra isə 120.000 manat pul veriləcəyi təqdirdə işinin həll olunması barədə razılığa gəldiklərini bildirdim. İlkin olaraq 100.000 manat verməli olduğunu, işin sonuna yaxın isə yerdə qalan 20.000 manat pulu verməli olduğunu dedim. Yaşar deyilən pulu hissə-hissə də olsa, tez bir müddətdə çatdıracağını bildirdi. 15 sentyabr 2021-ci il tarixdə Yaşar və qardaşı mənimlə "Həzi Aslanov" metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində görüşüb ilk əvvəl 60.000 manat məbləğində pul vəsaiti verərək yerdə qalan pulu da tez bir müddətdə çatdıracaqlarını bildirdilər. Bir neçə gün sonra daha 10.000 ABŞ dolları və 23.000 manat pul vəsaitini verdilər. Onlardan ümumilikdə 100.000 manat məbləğində pul alıb borclarımı ödəmişəm, öz xərclərimə sərf etmişəm. Həmin məbləğdən təxminən 15.000 manat və 1400 ABŞ dollarını isə idarə etdiyim avtomobildə saxlamışdım. Daha sonra Yaşar mənimlə dəfələrlə əlaqə saxlayıb, işin nə yerdə olması barədə maraqlanıb. Söhbətləri zamanı ona 100.000 manat pulun Baş Prokurora çatdırıldığını bildirmişəm. Öz işlərimlə bağlı rayonda olduğu vaxtlarda Yaşar zəng edəndə ona işlə bağlı rayonlarda, eləcə də sonuncu dəfə DTX rəhbərliyi ilə birlikdə xarici ölkələrdə ezamiyyətdə olduğumu bildirmişəm".
Məhkəmədə zərərçəkən şəxs bildirib ki, Fuad ondan aldığı 100 min manatın yarısını istintaq müddətində qaytarıb. O, Fuadın maşınından götürülən pulların da ona ödənilməsini, yerdə qalan vəsaitin də qaytarılmasını tələb edib.
Digər zərərçəkən isə oğlunun DTX-yə işə düzəldilməsi üçün Fuadın aldığı 20 min manatı artıq geri qaytardığını bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
-
Xankəndidə hərbi yürüş keçirilib - (Video/Foto)
-
AZAL donanmasına ilk Airbus A321neo təyyarəsini əlavə edib - (Foto)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib
-
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
XƏBƏR LENTİ
-
Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb
-
Ağsuda dağlıq ərazidə çətənə kolu əkən şəxs saxlanılıb
-
Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
Almaniyada evlərin cəmi 6%-ində kondisioner var
-
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Arda DÇ-də rekorda imza atdı
-
Xankəndidə hərbi yürüş keçirilib - (Video/Foto)
-
Rusiya Ermənistandan balıq idxalını tam şəkildə qadağan etdi
-
AZAL donanmasına ilk Airbus A321neo təyyarəsini əlavə edib - (Foto)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib
-
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
-
Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib
-
İran Hörmüz boğazı üçün marşrut qaydalarını yenidən təsdiqləyib
-
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanılıb
-
Brent neftinin qiyməti 73,75 dollara düşdü
-
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
-
Yaponiyada 5,8 bal gücündə zəlzələ oldu
-
DÇ-2026: Türkiyə qələbə qazandı, amma qrupdan çıxa bilmədi
-
Ağcabədidə iki avtomobil toqquşdu, bir sürücü həyatını itirdi
-
Soyuducunuzdakı köhnə süd qutusu ventilyatorun buz kimi üfürməsini təmin edir
-
Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın
-
Bal kimi şirin qarpızı seçmək üçün 5 əsas əlamət
-
Unsuz hazırlanan "fit" poğaça resepti





