Ölkə

Qadınları pul qarşılığında kişilərə satan Günel Əhmədovadan XƏBƏR VAR

7 İyul 2022 03:31
0 Şərh     Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonunda bir qrup qadını fahişəliyə cəlb etməkdə ittiham olunan Günel Əhmədovanın barəsində cinayət işi başlanıb.  

Milli.Az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.  

Məlum olub ki, G.Əhmədova bir neçə qadınıN kişi müştərilərlə görüşməsini təşkil edib. Bunun müqabilində maddi gəlir əldə edib.  

Cinayət işi üzrə 3 qadın zərərçəkmiş şəxs qismində tanınıb. G.Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Aygün Qurbanovanın icraatına verilib.  

Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.