Ölkə

Məşhur tamada ilə birgə musiqiçi də “Altun” sarayda bıçaqlanıb - Yeni detallar

5 İyul 2022 10:00
2 Şərh     Baxış: 2 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Bakıda məşhur tamada Natiq Dağlaroğlunun toyda bıçaqlanması ilə bağlı bəzi faktlar üzə çıxıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, iyulun 2-də gecə saat 01 radələrində Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən "Altun" şadlıq sarayında tamada N.Dağlaroğlu ilə yanaşı musiqi ansamblının üzvü, 1972-ci il təvəllüdlü Yaqub Mehdiyev də bıçaqlanıb. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalardan sonra hadisənin 1987-ci il təvəllüdlü Məmməd Hüseynov adlı şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.