Ölkə

Ağsuda sərxoş şəxs yanğın törətdi - FOTO

5 İyul 2022 10:22
0 Şərh     Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsu rayonunda qəsdən yanğın törədən şəxs müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iyunun 24-də Ağsu şəhəri, Cavanşir küçəsində yanğın hadisəsi baş verib. Yanğının genişlənərək ətrafa yayılma, o cümlədən yaxınlıqdakı evə və qaz xəttinə keçmə təhlükəsi yaranıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qasımov Tural İfadə oğlu müəyyən edilib. T.Qasımov yanğını sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.