Ölkə

“Bolmart”ın işçilərinin zəhərlənmə səbəbi məlum oldu - YENİLƏNİB - SİYAHI

4 İyul 2022 11:24
1 Şərh     Baxış: 3 907

11:24

Ötən gün saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Bolmart" supermarketində baş vermiş kütləvi zəhərlənmənin səbəbi məlum olub.

Milli.Az bildirir ki, Səməd Vurğun küçəsi: 79 D ünvanında yerləşən supermarketin çoxsaylı əməkdaşı qidadan deyil, havadan zəhərlənib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Səməd Vurğun küçəsində yerləşən tikiliyə dünən vurulan örtük maddəsindən ayrılan kimyəvi buxar binaya bitişik olan "Bolmart" supermarketinin havalandırma sistemi ilə sovrulub və marketin salonuna ötürülüb. Nəticədə supermarketdə olan 27 nəfər özünü pis hiss edib. Onlardan 14 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib. Lakin supermarketin işçisi olan digər 13 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanaya aparılan şəxslərın adlarını təqdim edirik:

Rəmziyə Nağıyeva - 1976

Lalə Məlikova - 1985

Xəyalə Mürəliyeva - 1985

Güldəstə Kərimova - 1987

Çinarə Abakarova - 1993

Vüsalə Ağayeva  - 1978

Natəvan Əliyeva  - 1988

Pərvanə Baxışova - 1986

Aygün Bəşirova - 1987

Alim Cəbrayılov - 1989

Turanə Hüseynova - 1990

Fatimə Mahmudzadə - 1999

Fəridə Quliyeva - 2001

Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün artıq evə buraxılıblar.

---------

10:15

Bakıda marketdə kütləvi zəhərlənmə olub.

Milli.Az xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.

Mağazada 28 nəfər zəhərlənib.

Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.

Hadisə ilə bağlı TƏBİB də açıqlama yayıb:

Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılmışlar.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sərdar · 5 İyul 11:0810

    bəs ordakı ərzaqlar??????

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics