Ölkə

Tovuzda evə ildırım düşdü - FOTOlar

27 İyun 2022 13:37
0 Şərh     Baxış: 1 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda yağan yağışdan sonra rayon ərazisində vətəndaşa məxsus evə ildırım düşüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Eldəniz Quliyev küçəsi ikinci dalanda qeydə alınıb.

İldırım düşdükdən sonra rayon sakini Elnur Bağırova məxsus evin dam örtüyündə yanğın başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub. Əraziyə təcili tibbi yardım briqadası da cəlb edilib.

Hadisə zamanı evdə heç kim olmayıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.