Ölkə

Azərbaycan hərbi pilotları Türkiyədə beynəlxalq təlimlərə qatılacaqlar - FOTO

17 İyun 2022 10:42
Baxış: 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan "Anadolu Qartalı - 2022" beynəlxalq taktiki-uçuş təliminə hazırlıq məqsədilə brifinq keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə iştirakçılara təlimin planlaşdırılması və keçiriləcəyi ərazi, ona hazırlıq prosesi, həmçinin mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları və aviasiya vasitələri təmsil edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.