Ölkə

Qəbələdə avtomobil ağaca çarpılıb, ata ölüb, oğlu xəsarət alıb

16 İyun 2022 10:30
1 Şərh     Baxış: 1 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələdə avtomobil ağaca çarpılıb, ata ölüb, oğlu xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayonunun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əlövsət oğlu Əsgərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çarpılıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün atası 1963-cü il təvəllüdlü Bəylər Əlövsət oğlu Əskərov hadisə yerində ölüb. Qəza zamanı 28 yaşlı P. Əskərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.