Ölkə

Bakıda hoteldə faciə - ərəb qadın öldü

13 İyun 2022 16:00
0 Şərh     Baxış: 4 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən "Aysberg" hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.

Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib. 

Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.