Ölkə

Daha 7 nəfər koronavirusa yoluxub

11 İyun 2022 16:37
0 Şərh     Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 086 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 69 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 468, bu günə qədər isə ümumilikdə 6 921 407 test icra olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.