Ölkə

Qubada kişi qısqanclıq zəminində müdirini öldürdü - TƏFƏRRÜAT

8 İyun 2022 10:22
0 Şərh     Baxış: 2 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 3-də saat 23 radələrində Qubada törədilmiş qətlin bəzi detalları üzə çıxıb.

Milli.Az "Kriminalqafqaz"a istinadən bildirir ki, hadisəni törədən 1968-ci il təvəllüdlü Kərim Baxışov qətlə yetirdiyi 1963-cü il təvəllüdlü Eldar Hacıyevin təsərrüfatında işləyirmiş.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, qətl qısqanclıq zəminində törədilib. Belə ki, K.Baxışov gecə saatlarında evinə gələn müdiri ilə mübahisə edib. Qısqanclıq zəminində baş verən mübahisə münaqişəyə çevrilib və 54 yaşlı kişi 59 yaşlı iş adamını bıçaqlayaraq öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.