"İctimai nəqliyyata üstünlük verməyi xahiş edirik" - DYP-dən vətəndaşlara çağırış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar vətəndaşlara növbəti dəfə çağırış edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, iyun ayının 6-13-də yarışla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət məhdudlaşdırılıb və istiqamətlər dəyişdirilib.
O qeyd edib ki, "Formula 1" istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayel Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adlı küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilib:
"Afiyəddin Cəlilov-Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsində sağa yalnız 28 May küçəsinə, 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament Prospektinə, Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə, Bakı-Zığ yolu-Nobel Prospekti, eləcə də Hava Limanı-Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev-Babək prospekti, 10-cu Zavod Dairəsindən-Nərimanov rayon ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə, Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət edilməlidir. Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyən edilib.
Avtomobil sahiblərindən xahiş edirik ki, iyunun 13-dək mərkəz istiqamətlərində hərəkətlərini məhdudlaşdıraraq əsasən ictimai nəqliyyatdan istifadə etsinlər".
"Paytaxt ərazisində Dövlət Yol Polisi və aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş qaydada xidmətlərini davam etdirir.
Bildirmək istəyirik ki, nizamlayıcı qismində əməkdaşlarımız tərəfindən verilən bütün göstərişlərə sürücülərimiz diqqətlə əməl etməlidirlər. Gündəlik hərəkətin fasiləsizliyini, süni sıxlıqların yaranmaması üçün isə mərkəzə doğru səfərləri azaltmalı, daha çox ictimai nəqliyyata üstünlük verməyi də vətəndaşlarımızdan xahiş edirik", - DYP rəsmisi vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
XƏBƏR LENTİ
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir





