Ölkə

Daha 360 hektara yaxın ərazi minalardan təmizlənib

6 İyun 2022 13:22
0 Şərh     Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, iyunun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 54, tank əleyhinə 25 mina və 206 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 357 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.