Ölkə

Azərbaycanda polis məhkəmə katibini döyüb

6 İyun 2022 12:30
0 Şərh     Baxış: 2 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda toyda polis əməkdaşı məhkəmə katibini döyüb.

Milli.Az bildirir ki, hadisə iyunun 4-də Kürdəmir rayonundakı şadlıq saraylarının birində keçirilən toy mərasimində qeydə alınıb.

Belə ki, toyda qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Nəticədə V.Kərimov məhkəmə işçisini vuraraq ona xəsarətlər yetirib.

Hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ilk xəbəri "qafqazinfo" saytı yayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.