Ölkə

Çimərlik mövsümü BU TARİXDƏN başlayır

6 İyun 2022 11:24
0 Şərh     Baxış: 2 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək.

Milli.Az bildirir ki, çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhəri İcra Hakimiyyətinin tapşırıqları verilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə mayın 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıblar. Monitorinq nəticələrinin yaxın günlərdə ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.