Yol polisi radara düşdü, cəriməsi vətəndaşa yazıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə məlumat paylaşan sürücü F.Ağalarova son vaxtlarda Bəhramtəpə yolundan istifadə etməsə də, ona cərimə yazıldığını və DYP avtomobilinin qaydaları pozmasını əks etdirən fotoların həmin protokola əlavə edildiyini bildirib. Belə ki, Hacıqabul-Horadiz yolunun İmişli rayonundan keçən hissəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə, 06:54-də radara düşüb. Bununla bağlı cərimə protokolu 99 MP 978 dövlət nömrə nişanlı avtomobilə yazılıb: "O saatda mən evdə yatırdım, ömrümdə də belə avtomobilim olmayıb. Sarı jilet isə əsla geyinməmişəm".
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, baş vermiş nöqsan artıq aradan qaldırılıb: "Bildiyimiz kimi, həmin qayda pozuntularını elektron qaydada fəaliyyət göstərən qurğular müəyyən edirlər. Artıq sistemdə qeydə alınmış yanlışlıq aradan qaldırılıb və vətəndaşla bağlı elektron sistemdə təyin edilmiş cərimə cəzası müvafiq qaydada silinib".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Yasamal və Nizamidə işıq olmayacaq
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib





