Son 20 gündə 57 narkotik alverçisi tutulub - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 57 üzvü saxlanılıb.
DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik vasitə və psixotrop maddə, həmçinin 4360 ədəd psixotrop tərkibli həb aşkar olunub. Daxil olmuş məlumat əsasında Abşeron və Binəqədi rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Pənah İsmayılov və Ramin Abuzərov saxlanılıblar. Pənah İsmayılov üzərindən və yaşadığı evdən 42 kiloqram, o cümlədən 30 kiloqram heroin, 9 kiloqram metamfetamin, 3 kiloqram marixuana, elektron tərəzilər və 1 ədəd narkotik vasitələrin satışına dair qeydlər apardığı dəftər, Ramin Abuzərovdan isə 8 kiloqram müxtəlif adda olan narkotik maddə aşkar edilib. Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara və Salyan rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Fuad Əliyev, Emil Babayev, Bəxtiyar Əsədov, Fazil Baxşəliyev, eləcə də Elşən Əliyev, Rüstəm Əliyev və Sevinc Qasımova saxlanılıblar. Bu şəxslərdən, eləcə də evlərindən 56 kiloqram, o cümlədən 34 kiloqram heroin, 22 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 3300 ədəd metadon həbi aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, adları çəkilən 9 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiresici xassəyə malik narkotik vasitəni Azərbaycan ərazisində qəbul edərək satışı təşkil etməli imişlər. Paytaxtda, eləcə də, cənub və qərb bölgələrdən həyata keçirilən digər əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 48 nəfər saxlanılıb. Bu şəxslərdən 14 kiloqram heroin, kokain, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi





