Ölkə

Bu ərazilərdə qaz olmayacaq

11 May 2022 17:40
Baxış: 2 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 12-də saat 09:00-dan işlər başa çatanadək Bakı şəhərinin bəzi qəsəbələrinin və Abşeron rayonunun qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus diametri 720 mm-lik "Hövsan-Digah-Qaradağ" yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan "Novxanı qolu" yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, sabah işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Təmir aparılan müddətdə Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.