Ölkə

HAVA necə olacaq? - PROQNOZ

10 May 2022 12:52
0 Şərh     Baxış: 2 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-19° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.