Ölkə

Abşeronda kişi arvadını bıçaqlayıb özünü öldürdü

4 May 2022 13:48
0 Şərh     Baxış: 2 271
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Abşeron rayonunda kişi həyat yoldaşını bıçaqlayaraq intihar edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə rayonun Güzdək qəsəbəsində qeydə baş verib.

Rayon sakini, 1971-ci il təvəllüdlü E.Məmmədov həyat yoldaşı, 1979-cu il təvəllüdlü Radə Məmmədovanı bıçaqlayaraq qətlə yetirmək istəyib. Hadisədən sonra E.Məmmədov həyat yoldaşının hərəkətsiz qaldığını görüb onun öldüyünü zənn edərək özünü asaraq intihar edib.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.