Ölkə

Narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücü həbs edilib

1 May 2022 18:52
0 Şərh     Baxış: 1 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona "saxla" işarəsi verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Masallı rayon sakini Nazim Qurbanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən N.Qurbanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 30 gün müddətində inzibati qaydada həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory