Ölkə

Evini təmir etdirmək istəyənlər bu xəbəri mütləq izləsin! - VİDEO

19 Aprel 2022 14:36
0 Şərh     Baxış: 1 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzən qonşuluqda və ya yaxın ərazidəki təmir işləri qonşular arasında mübahisələrə səbəb olur. Xüsusilə, istirahət günləri və axşam saatlarında aparılan təmir daha çox narazılıqla qarşılanır. Buna görə bir sıra ölkələrdə sözügedən işlərlər bağlı vaxt məhdudiyyəti tətbiq edilir. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hüquqşünas Kamandar Hüseynovun sözlərinə görə, həftə sonu da daxil olmaqla, axşam saat 12-dən səhər 7-ə kimi hər hansı təmir işi aparmaq qanunla qadağandır. Qalan saatlarda isə səs limitinə əməl etməklə icazə verilir.

Hüquqşünas bildirir ki, təmir işləri minimum narahatlıqla aparılmalı, şəxsin istirahət hüququnu pozmamalıdır. Əks halda vətəndaş məhkəməyə müraciət edə bilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə deyir ki, sözügedən məsələylə əlaqədar nazirliyə daxil olan müraciətlər araşdırılır və qanunazidd əməllər aşkarlanarsa qarşısı alınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.