Ölkə

DSX: Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

15 Aprel 2022 10:50
0 Şərh     Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən xəbərə görə aprel ayının 13-də saat 21:35 radələrində Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində "Toyota Corolla" markalı 77-FE-378 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən bir nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Ərazidən uzaqlaşmağa cəhd edən şəxs sərhəd naryadı tərəfindən saxlanılmış, onun Ağdam rayon sakini 1967-ci il təvəllüdlü Kərimov Qabil Tabil oğlu olması müəyyənləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.