Ölkə

Bakıda qeyri-adi oğru peyda olub - Görün nə oğurlayır - VİDEO

10 Aprel 2022 13:22
1 Şərh     Baxış: 2 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər rayonunun Şağan qəsəbəsində məhəccər oğruları peyda olub. Məhəccərə qənim kəsilənlər, sakinlərin mütəmadi istifadə etdikləri pilləkənlərin kənarındakı məhəccərləri oğurlayırlar. Ərazidə yaşayan sakinlər deyirlər ki, məhəccərlərin olmaması pilləkənləri çıxıb-düşməkdə çətinlik yaradır. Xəzər rayon Polis İdarəsi oğruların qısa zamanda saxlanaraq, məsuliyyətə cəlb olunması üçün hərəkətə keçib.

Söhbət Xəzər rayonu Şağan qəsəbəsində, yolun kənarındakı pilləkənlərdən gedir. Ərazidə yaşayan sakinlər, xüsusən də yaşlı insanlar, məhəccərlər yerində olmadığından pilləkənləri çıxıb-düşməkdə çətinlik çəkirlər.

Sakinlər iddia edirlər ki, bir neçə gün əvvəl məhəccərlər yarısalamat olsa da, yerində idi. Amma gecə saatlarında söküb aparıblar. 

Daxili İşlər Nazirliyindən bildirildi ki, hadisə ilə bağlı vətəndaşlardan Xəzər Rayon Polis İdarəsinə müraciət daxil olmayıb. Amma məsələ nəzarətə götürülüb. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanması istiqamətində tədbirlər görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.